Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, uzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olan Vurğun Əyyubun komaya düşməsi barədə xəbər yayılıb. 


Bizimaz.az: BAKU.WS
 xəbər verir ki, bəzi KİV-lər V.Əyyubun ölüm xəbərini yaysa da, bu həqiqətə uyğun deyil. 

Sabiq TQDK sədirinin vəziyyəti ilə bağlı son durumu Xəzər Universitetinin Ictimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli paylaşıb: "Facebookdaşlarımızın diqqətinə, Vurğun Əyyubla bağlı yayılan xəbərləri təkzib etmək məcburiyyətindəyik. Hətta bəzi saytlar ölüm xəbərini yayıblar. Biz isə indicə Vurğun bəyin evindən çıxdıq. Qızı Ləman xanım, bacısı oğlu və dostu Bədirxan müəllim də orada idi. Vurğun bəyin vəziyyəti bu gün stabilləşib. Xəbər saytlarından xahiş edirik məlumatı dəqiqləşdirmədən yaymasınlar. Bu cür xəbərlər onun ailə üzvlərinə, dostlarına və onu yaxından tanıyanlara çox pis təsir edir. Yalnız dua edin. Öncədən hamınıza təşəkkür edirik". 

Qeyd edək ki, Vurğun Əyyubun vəziyyəti ötən gün ağırlaşıb. Hazırda evində həkim nəzarətində olan Vurğun Əyyub uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkir.