İsmayıllıda baş verən hadisə ilə bağlı Səhiyyə Nazirliyindən daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb.
Bizimaz.az: “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat katibi Aysel Fərziyeva yayıb. O bildirib ki, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək.
Qeyd edək ki, İsmayıllıda zəhərlənmə ilə bağlı Mərkəzi Rayon Xəstəxanasına 7 nəfər (3 kişi, 4 qadın) müraciət edib.