Xəbər lenti



Təhsil Nazirliyinin nəzdində olan ali təhsil müəssisələrinin tabeliyində 48 yataqxana binası var. Bunlardan 1265 nəfərlik tutumu olan səkkiz təmirli bina fəaliyyət göstərir. Bundan başqa, 1141 nəfərlik tutumu olan 13 təmirsiz yataqxana binası mövcuddur. Digər 27 yataqxana binasında məcburi köçkünlər məskunlaşdığı üçün tələbələrin istifadəsinə verilməsi mümkünsüzdür.

 

Bizimaz.az: Bu barədə Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumatda qeyd edilib ki, yataqxanalarla bağlı gələcəkdə nəzərdə tutulmuş tədbirlər var:

“Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tərəfindən dövlət-özəl sektor tərəfdaşlığı vasitəsilə 400 nəfərlik tələbə yataqxanasının inşası üzrə ilkin olaraq müzakirələrə başlanılıb. “Heydər Əliyev Fondu” tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitenin 1000 nəfərlik tələbə yataqxanası istismara hazırdır. O cümlədən, Lənkəran Dövlət Universitetinin 156 yerlik yataqxanası istismara hazırdır.

Hazırda Gəncə Dövlət Universitetinin ümumi tutumu 792 yerlik üç yataqxanasının əsaslı təmir işləri başlanılıb, Sumqayıt Dövlət Universitetinin 264 yerlik yataqxanasının əsaslı təmiri üçün layihə-smeta sənədləri hazırlanır və cari ildə başlanması nəzərdə tutulub”.

“Təhsil Nazirliyi tərəfindən Asiya İnkişaf Bankının dəstəyi ilə 2000 nəfərlik tutumu olan tələbə yataqxanasının layihələndirilməsi və tikintisi üçün dövlət-özəl sektor tərəfdaşlığı vasitəsilə özəl investisiyaların cəlb edilməsi planlaşdırılır.

Bu layihə çərçivəsində ilkin olaraq üç universitetin - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Dövlət Universitetinin ərazisində sözügedən yataqxananın tikintisi nəzərdə tutulur”, - deyə nazirlikdən qeyd edilib. 

21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov