Xəbər lenti


 

Bu ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20,7% artaraq, 3 729 200 nəfər olub.

 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkə vətəndaşlarının 36,4%-i İrana, 29%-i Gürcüstana, 17,5%-i Rusiyaya, 11,6%-i Türkiyəyə, 5,5%-i isə digər ölkələrə gedib. Gedənlərin 63,8%-ni kişilər, 36,2%-ni qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 48,1%, Gürcüstana gedənlərin sayı 13,3 %, Rusiyaya gedənlərin sayı 7,4%, Türkiyəyə gedənlərin sayı isə 5,1% artıb.

Eyni zamanda, bu ilin yanvar-avqust aylarında  Azərbaycana dünyanın 190 ölkəsindən 2 138,7 min və ya 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 8,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Ölkəmizə gələnlərin 30,6 faizi Rusiya Federasiyası, 22,1 faizi Gürcüstan, 9,5 faizi Türkiyə, 7,7 faizi İran, 4,0 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,8 faiz olmaqla Ukrayna və Hindistan, 1,7 faizi İraq, hər birindən 1,5 faiz olmaqla, Türkmənistan və Qazaxıstan, 1,4 faizi İsrail, 1,3 faizi Pakistan, 1,2 faizi Böyük Britaniya, 11,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 65,9 faizini kişilər, 34,1 faizini isə qadınlar təşkil edib.

Yanvar-avqust aylarında ölkəmizə gələnlərin sayında isə daha çox artım Türkmənistan (80,4 faiz), Misir (76,7 faiz), Çin (68,5 faiz), Hindistan (68,0 faiz), Filippin (44,3 faiz), Macarıstan (40,7 faiz), Səudiyyə Ərəbistanı (38,6 faiz), Polşa (32,0 faiz), İspaniya (29,4 faiz), Böyük Britaniya (27,9 faiz), Cənubi Koreya (25,8 faiz), Yaponiya (24,7 faiz), Gürcüstan (22,8 faiz) və Almaniya (22,5 faiz) vətəndaşları arasında qeydə alınıb.

Bu ilin yanvar-avqust aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı  25,3 faiz artaraq, 96,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 7,5 faiz artaraq, 788,8 min nəfər olub.

Cari ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,2%-i dəmiryolu və avtomobil, 17,1%-i hava, 0,7%-i isə su nəqliyyatından istifadə edib.

21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov