Xəbər lenti

Son illər ölkəmizdə korrupsiya və məmur özbaşınalığı hallarına qarşı mübarizə tədbirləri güclənsə də, bəzi məmurlar hələ də bu çirkin şakərindən əl çəkmək istəmirlər. Nə qədər qəribə olsa da, onların arasında sabiq məmurlar da var. Vəzifədən azad olunmalarına baxmayaraq, saxta sənədlərlə “ənənəvi fəaliyyəti”ni davam etdirirlər.

 

Redaksiyamıza Badamdar bələdiyyəsinin keçmiş rəhbəri Bəybala Hüseynovla bağlı şikayət daxil olub.

Şikayətçinin AXP.AZ-a verdiyi məlumata görə, Badamdar qəsəbə sakini, sahibkar Fərhad Məzahim oğlu Nağıyev bildirir ki, 2018-ci ilin yanvarında Bəybala Hüseynov şirnikləndirici vədlərlə onu öz “toruna” salıb:

“Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsini mənə satdı. Torpağın hər sotuna görə məndən 6 min AZN pul aldı. Baxmayaraq ki, o artıq bələdiyyə sədri deyildi, məni inandırdı ki, torpağı qanuni yolla satır. Çünki onun mənə təqdim etdiyi sənədlərdə Badamdar Bələdiyyəsinin möhürü var idi. Mən ona sual verəndə ki, “Bəybala müəllim, siz artıq bələdiyyə sədri deyilsiniz, bunu necə edirsiniz, axı İcra Hakimiyyətindən razılıq olmalıdır ” – cavabı konkret oldu: “Sənə nə lazımdır, torpaq, yoxsa mənim vəzifəm?”. Nəhayət onunla anlaşdım”.

F.Nağıyev sonradan öyrənib ki, həmin yeri başqa şəxsə də satıblar: “Bəybalanın çox qəribə üsulu var: Adamları üz-üzə qoyur. İstəyirdi ki, mən halal pulumla aldığım torpağı ondan yox, satdığı digər şəxsdən tələb edim. İsrarımı görəndən sonra açıq şəkildə dedi ki, get hara istəyirsən şikayət et. İndiyə qədər müxtəlif instansiyalara müraciət etsəm də, mülkiyyət hüququm təmin edilmir. Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzindən rəsmi cavab gəlib ki, bu ərazi onlarda qeydiyyatda deyil”.

Şikayətçinin sözlərinə görə, digər şəxslər də Bəybala Hüseynovun qurbanı olub: “Özü də bu işi tək həyata keçirmir. Onun ortağı Ramiz adlı şəxs III massivdə keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovla qonşudur. E.Mahmudov nazir işləyəndə Ramizin oğlunu rəhbərlik etdiyi qurumda işə düzəldib. Bəybala Ramizlə birlikdə satdığı torpaqları köhnə tarixə sənədləşdirirlər. Elə oyun qurublar ki, guya torpaq B.Hüseynovun bələdiyyə sədri olduğu dövrdə rəsmiləşdirilib”.

“Badamdar qəsəbəsində III massiv deyilən ərazi var. O yer bələdiyyənin balansında deyil” söyləyən F.Nağıyev əlavə edir ki, Bəybala ilə Ramiz həmin ərazidə də torpaqlar satır:

“Satmadıqları yer, aldatmadıqları adam qalmayıb. Əldə etdiyi qanunsuz sərvətlər hesabına çoxlu sayda ticarət obyektlərinə sahib olublar. Bəybala Hüseynov Badamdarda dağı qazıb özü üçün “Bəyoğlu” şadlıq sarayı inşa etdirib. Dağda çökmə təhlükəsi yaranıb və həmin ərazidən keçmək mümkün deyil. Bununla kifayətlənməyib Fövqəladə Hallar Nazirliyinin su anbarının üzərində “İbrahim” mərasim evi tikdirib və uşaq bağçasının ərazisini zəbt edib. Eyni zamanda “Karat” adlı restoran inşa etdirir. Kürdəmirli qohumu Nemətin adına rəsmiləşdirdiyi bu restoranın tikintisi zamanı 263 saylı orta məktəbin ərazisinə daxil olublar”.

Şikayətçi Fərhad Nağıyev qeyd edir ki, adam 5 ilə yaxındır bələdiyyə sədrliyindən çıxsa da, Badamdar sakinlərinə qan uddurur:

“Şikayət etmədiyimiz ünvan, instansiya qalmayıb. Onun haqqında heç bir ölçü götürülmür. Nəticədə ziyan çəkən sadə vətəndaşlar, sahibkarlar olur. Mən buradan üzümü Cənab Prezident İlham Əliyevə, müvafiq qurumlara tutaraq Bəybala Hüseynov və onun Ramiz adlı ortağı barədə hüquqi ölçü götürməyi, bizə vurduğu ziyanı ödəməyi tələb edirəm. Çünki bu çirkin əməllərin qurbanı təkcə mən deyiləm. Badamdar sakini Mehman Şəmiyevə qarşı da oxşar dələduzluq etmişdilər. M.Şəmiyev Bəybalanın oyunlarına dözmədi və vəfat etdi. Biz hüquqi və demokratik dövlətdə yaşayırıq. Əgər hər hansı dələduz onlarla insanı aldadıb, sərvətlərini ələ keçirirsə, onu dayandırmaq lazımdır. İmkan vermək olmaz ki, insanların minbir çətinliklə qazandığını hansısa dələduz aldadaraq əlindən alsın”.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov