Sabirabadda daha 2 nəfər qarayaraya yoluxub.
Bizimaz.az: Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, 34 və 26 yaşlarında olan 2 nəfər Sabirabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Nazirlik həkimlərin onlara qarayara diaqnozu qoyduğunu bildirib:
“Hazırda infeksion şöbədə müalicə alırlar. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Artıq araşdırmalara başlanılıb”.
Qeyd edək ki, iyulun 25-də də Sabirabadda iki nəfər qarayaraya yoluxmuşdu. Onlardan biri iyulun 29-da dünyasını dəyişmişdi.