Xəbər lenti



“Bakı Dairəvi Dəmir Yol xəttində ümumilikdə 14 dayanacaq olacaq”.
Bizimaz.az: Bunu BAKU.WS-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova deyib. 

O, əlavə edib ki, Buzovna, Bilgəh və Maştağa istiqamətində əvəllər dəmir yolu xətti olub və təəssüf ki, həmin xətlər sökülüb: “Bakı Dairəvi Dəmir Yol xəttində  ümumilikdə 14 dayanacaq olacaq. Bunlar Bakı sərnişin, Keşlə, Koroğlu, Bakıxanov, Sabunçu, Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı, Görədil-Fatmayi, Novxanı, Sumqayıt sərnişin, Xırdalan, Biləcəri stansiyalarıdır.  

Buzovna, Bilgəh və Maştağa istiqamətində əvəllər dəmir yolu xətti olub və təəssüf ki, həmin xətlər sökülüb. İndi yeni magistralın yaradılması kifayət qədər çətindir və maliyyə tələb edir. İlkin mərhələdə, dəmir yolu xətti mövcud olan hissələrdə əsaslı təmir işləri tamamlandıqdan sonra sürət qatarları istifadəyə veriləcək. Növbəti mərhələdə tələbata, məskunlaşmanın sıxlığına əsasən, yeni yolların çəkilməsi müzakirə oluna bilər. Yenidən magistralın çəkilməsi çoxlu söküntü və köçürülmə işlərinin icrasını tələb edir, bu da kifayət qədər xərc və vaxt aparır”. 

Natəvan Bayramova Bakı Dairəvi Dəmir Yol xəttində qiymətlərlə bağlı isə bunları bildirib: “Stansiyalar istismara verilməzdən əvvəl “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən müəyyənləşdirilərək elan olunacaq. Təbii ki, indiki mövcud tariflər çərçivəsində”.  

Qeyd edək ki, bu ilin yanvar-avqust ayları ərzində həm elektrik, həm də sərnişin qatarları ilə daxili daşımalarda təqribən 2 milyon sərnişin daşınıb.
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov