Bizimaz.az: İcra hakimiyyətindən verilən xəbərə görə, bu praktika dünyanın bir çox ölkələrində mövcuddur.
Yaşıl guşələrin yaradılması və qorunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı müvafiq Sərəncam imzalamışdır. Bildirilmişdir ki, ölkə rəhbərinin siyasəti nəticəsində Bakı şəhəri ciddi inkişaf nümayiş etdirmiş, şəhərin yaşıllaşdırılması sahəsində önəmli işlər görülmüşdür.
Yaşıllaşdırma sahəsində uğurlar əldə etmiş şəhərlərin təcrübəsində sahibkarlar, idarə və müəssisə rəhbərləri tərəfindən ticarət və digər qeyri-yaşayış obyektlərinin qarşısında yaşıl guşələrin yaradılması və saxlanılması praktikası mövcüddur.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilmişdir ki, paytaxtın yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər paytaxtın estetik görünüşünün yaxşılaşdırılamasına və keyfiyyətcə yeni səviyyəyə çıxmasına təkan verəcəkdir.
Qeyd etmək lazımdir ki, sözügedən sərəncam yaşıllaşdırılması dövlət vəsaiti hesabına həyata keçirilməsi nəzədə tutulan ərazilərə şamil edilmir.
Şəhərimizdə obyektlərin qarşısındakı yaşıl guşələr heç də hər yerdə günün tələblərinə cavab vermir.
Baku.WS