Azərbaycanda avtomobil bazarında durğunluq davam edir. Bizimaz.az xəbər verir ki, bu, "Report"un Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil bazarında apardığı araşdırmadan məlum olub.
Bazara gələn satıcılar qiymətlərin bahalığından, büdcələrinə uyğun avtomobil tapmaqda çətinlik çəkməklərindən şikayət edirlər. Satıcılar isə bildirirlər ki, son ayda avtomobil bazarında əhəmiyyətli qiymət dəyişikliyi müşahidə olunmayıb.
Qeyd edək ki, Badamdar avtomobil bazarında Rusiya istehsalı olan maşınlar azlıq təşkil edir. Satışa çıxarılan avtomobillər əsasən "Mercedes", "KIA", "Chevrolet" modelləridir.
Satıcıların sözlərinə əsasən, alıcılar yanacağın növünə görə dizellə işləyən, qiymətinə görə isə satış qiyməti 10-12 min manata qədər olan avtomobillərə üstünlük verirlər.