"TurStat" turizm portalı 2019-cu ilin ilk altı ayı ərzində Rusiyaya turizm məqsədilə ən çox gələn ölkələrin reytinqini təqdim edib.
Bizimaz.az: Reytinqə əsasən, 2019-cu ilin ilk yarımilliyində Rusiyaya turizm səfərlərinə görə 418 min səfərlə Azərbaycan beşinci yerdədir.
Azərbaycandan Rusiyaya səfərlərin sayı keçən illə müqayisədə 22 min və ya 6 faiz artıb.
Rusiyaya turist səfərlərinin sayı üzrə ilk onluğa daxildirlər: Ukrayna - 3 milyon 424 min səfər (keçən illə müqayisədə - 8 faiz), Qazaxıstan - 1 milyon 569 min (+2 faiz), Çin - 780 min (+17 faiz), Finlandiya - 430 min (-7 faiz), Azərbaycan - 418 min (+6 faiz), Polşa - 323 min (-7 faiz), Almaniya - 270 min (+3 faiz), Ermənistan - 260 min (0 faiz), Moldaviya - 189 min (-17 faiz) və Estoniya - 232 min (+9 faiz).
Reytinq əcnəbilərin Rusiyaya turist səfərlərinin statistikasının analizi əsasında tərtib edilib.
istinad