İranın Şərqi Azərbaycan vilayətinin orta ümumtəhsil məktəblərində Azərbaycan dili tədris ediləcək.
Bizimaz.az: "Anadolu" agentliyi xəbər verir ki, bunu Şərqi Azərbaycan vilayətinin Təhsil və Tədris İdarəsinin müdiri Cəfər Paşayi deyib.
Onun sözlərinə görə, bölgə xalqlarının tələblərinə əsasən, həftədə iki saat Azərbaycan dili dərsi keçiləcək:
"Sentyabrın 23-dən etibarən bəzi məktəblərdə müvafiq dərslərin keçilməsinə başlanılacaq. Vilayətimizdə iki dildən (Azərbaycan və fars) istifadə edildiyi üçün yerli və regional dillərimizi gücləndirməliyik".
Qeyd edək ki, İranda 1979-cu ildə baş vermiş inqilabdan sonra formalaşan konstitusiyanın 15-ci maddəsinə əsasən, fars dili ölkənin rəsmi dilidir. Bununla belə, konstitusiyada yerli dillərin də tədris olunması üçün heç bir maneə yoxdur.
istinad