Xəbər lenti


 

Azərbaycandan xaricə gedən insanların daxili və xarici qüvvələr tərəfindən siyasi şou məqsədli planlara alət edildiyi barədə fikirlər səslənir. 
 
"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Oxu.Az-a açıqlamasında deyib ki, Azərbaycandan gedən insanları fərqləndirmək lazımdır. 
 
O bildirib ki, Azərbaycan dünyaya çıxışı olan, azad bir ölkədir:
 
"Azərbaycandan gedən insanların hərəsinin fərqli məqsədləri var. Kimisi təhsil almağa gedir, kimisi də işləməyə. Bəziləri də guya "siyasi" motivlərlə gedir. Belələri getdikləri ölkənin vətəndaşlığını almaq üçün özlərini "müxalifət" kimi göstərməyə çalışırlar". 
 
Hüquqşünas qeyd edib ki, Azərbaycanın hüquq-mühafizə orqanları saxta sənədlərlə xaricə adam göndərən şəbəkəni ifşa edib:
 
"Həmin insanların məxsus olduğu siyasi partiyalar isə prosesi sakit qarşılayırlar. Görünür, onların da hansısa formada bu proseslərdə iştirakı var. Bəziləri isə heç bir siyasi partiyaya mənsub deyil, xaricə şəxsi məqsədləri üçün gedir. Xaricə gedib orada siyasi fəaliyyət göstərənlərin bəziləri anti-Azərbaycan dairələrin təsirinə düşürlər".
 
Ə.Nuriyev vurğulayıb ki, bir qrup şəxs Azərbaycana qarşı olan qrupların təsirinə düşdükdən sonra yaramaz fəaliyyətə başlayırlar:
 
"Hətta iş o yerə gəlib çatıb ki, onlar bir-birilərinə qarşı çox amansız şəkildə söyüş taktikasından istifadə edirlər. Artıq Azərbaycan cəmiyyəti onların iç üzünü görüb. Əlbəttə ki, onların bir qismi erməni siyasi dairələrinin təsiri altında fəaliyyət göstərirlər. Mən xaricdə görmüşəm ki, bəzi azərbaycanlılar erməniləri görəndə onlarla xoş ünsiyyətdə olurlar, onlara məhəbbət bəsləyirlər".
 
Ekspertin fikrincə, xaricdə digər ölkələrdən olan mühacirlər heç vaxt öz dövlətlərinə qarşı nifrət bəsləmirlər:
 
"Mən Azərbaycanın xaricdəki bəzi mühacirləri qədər rəzil duruma düşən görməmişəm. Azərbaycan xalqı ölkənin inkişafına töhfə verməklə belələrinə cavab verir. Görürsünüz ki, həmin mühacirləri artıq dinləyən də yoxdur".
 
Qeyd edək ki, Azərbaycandan xaricə gedənlərin geri qaytarılması prosesi də sürətlənib. Bu isə həmin ölkələrdə miqrasiya qanunvericiliyinin daha da sərtləşdirilməsi ilə bağlıdır. 
 
2019-cu ilin əvvəlindən Azərbaycana 239 şəxs readmissiya olunub. Son beş ildə isə - 2014-cü ilin sentyabrından indiyədək ölkəyə 1211 şəxs readmissiya edilib. 
 
Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov iyulun 18-də ilin birinci yarısının yekunlarına həsr olunan mətbuat konfransında məlumat verib.
 
Readmissiya, əsasən, Avropa ölkələrindən olub. Həmin şəxslər xarici ölkələrdə yaşamaq üçün müraciət etsələr də, nəticə əldə edə bilməyiblər.
 
Saxta sənədlərə misal olaraq, bu ilin əvvəlindən martın 31-dək Niderland Krallığından doqquz azərbaycanlı deportasiya olunub. 
 
Niderland Miqrantlar və Vətəndaşlıq Departamentinin məlumatına görə, həmin şəxslər son bir ildə müxtəlif vaxtlarda Niderlandda yaşamaq icazəsi üçün müraciət ediblər. Deportasiyaya səbəb kimi də onların müraciəti zamanı məhz qeyri-dəqiq məlumatlardan istifadə etməsi, miqrasiya orqanlarını aldatması göstərilib.
 
Xaricə gedib, orada "yağ-bal" içində yaşayacağını düşünənlər az deyil. Amma müşahidələr göstərir ki, Almaniya düşərgələrində (kampuslar) Azərbaycandan olan qaçqınlar arasında intihara cəhd halları artıb. Bu isə iqtisadi-sosial amillərlə bağlıdır.
 
Almaniya Federativ Respublikasının Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsininin məlumatına görə, 2019-cü ilin ilk altı ayı ərzində 999 nəfər Azərbaycan vətəndaşı qaçqın statusu almaq üçün müraciət edib.

istinad
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov