"Bakı Metropoliteni"ndə işıqlar sönüb.
Bizimaz.az: Bu barədə Oxu.Az-a "Bakı Metropoliteni"QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun özlərinə görə, problemə səbəb stansiyaya gərginliyin düşməsidir:
"Saat 10:55 radələrində metropolitenin "Sahil" stansiyasına gələn elektrik xəttinə gərginlik düşüb və elektrik verilişi bir neçə dəqiqəlik dayanıb. Bu səbəbdən stansiyada eskalatorların hərəkətində fasilə yaranıb.
Həmin an eskalatorda olan sərnişinlər arasında xəsarət alan olmayıb. Onlar platformanı eskalatorsuz tərk etməli olublar. Bir neçə dəqiqə ərzində gərginlik bərpa edilib. Problemlə bağlı tuneldə qatar qalmayıb".