Bakı şəhəri, Mirzəağa Əliyev küçəsindən başlayaraq Nizami küçəsinin kəsişməsinə qədər və Murtuza Muxtarov küçəsində yol tikinti işləri ilə əlaqədar olaraq 20 avqust tarixindən etibarən sözügedən küçələrdə hərəkət məhdudlaşdırılacaq.
Bizimaz.az: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, tikinti işləri 1 həftə müddətinə qədər davam edəcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Agentlik yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir.