Xəbər lenti




2019-cu ilin 6 ayı ərzində narkotiklərlə əlaqədar 2310, o cümlədən narkotik vasitələrin satışı məqsədilə 707 cinayət aşkar edilərək qanunsuz dövriyyədən 810 kiloqram narkotik vasitə çıxarılıb.
 
Bu dövr ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 1535 nəfər cinayət törədib. Onlardan 1008 nəfəri (65,7 faizi) işsiz və təhsili olmayan, 399 nəfəri (26 faizi) əvvəllər cinayət törətmiş şəxs, 21 nəfər isə (1,4%) qadın olub.
 
2018-ci ilin müvafiq dövründə isə bu cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1162 nəfərdən 1009-u (86,8 faiz) əmək qabiliyyətli, işləməyən və təhsilsiz, 453-ü (39 faiz) əvvəllər cinayət törətmiş şəxs, 14-ü (1,2 faiz) isə qadın olub.
 
Ümumiyyətlə, Azərbaycanda rəsmi qeydiyyata alınan narkoman qadınların sayı da artıb.
 
Səhiyyə Nazirliyinin açıqladığı son rəqəmlərə görə, 2013-cü ildə ölkədəki bütün narkotik istifadəçilərinin 539-u, 2014-cü ildə 554-ü, 2015-ci ildə 592-si, 2016-cı ildə 612-si, 2017-ci ildə isə 595-i qadın olub. 2018-ci ildə isə narkotik aludəçisi olan qadınların sayı artaraq 626 nəfərə çatıb.
 
2018-ci ildə yeni qeydiyyata alınan 1995 narkomanın 35-i (2017-ci ildə 26, 2016-cı ildə 29) qadın olub.
 
Ümumilikdə narkomanlar arasında 25-45 yaşlı insanlar üstünlük təşkil etsə də, qadın narkomanlar arasında 30-45 yaşlılar daha çoxdur.
 
Belə qadınların əksəriyyəti narkomaniyanın ən ağır forması olan inyeksion narkotik istifadəçisidir.
 
Nazirlik bildirir ki, qadınlarda narkotiklərdən istifadəyə başladıqdan sonra asılılığın formalaşmasının orta müddəti iki aydır. Qadınlar bioloji və psixoloji xüsusiyyətlərinə görə narkotiklərə kişilərlə müqayisədə 10-15 dəfə daha sürətlə qurşanırlar.(oxu.az)

 

21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov