Qurban bayramı günlərində Azəriqaz İB-nin bir neçə xidmət sahəsi operativ olaraq xidmətlərini davam etdirəcək.
Bizimaz.az: Qurumdan Axar.az-a verilən məlumata görə, birliyin Xətai rayonu, Y.Səfərov 23 ünvanında yerləşən inzibati binasında, Babək prospekti 22/24 ünvanında yerləşən Bakı Regional Qazın Satışı Departamentində, eləcə də Sabunçu, Maştağa, Mərdəkan və Xırdalan xidmət sahələrində yeni smart kartların verilməsi, bloklanmış kartların və yaxud abonentin səhvi nəticəsində söndürülən sayğacların yenidən aktiv olunması xidmətləri göstəriləcək.