“2019-cu ilin iyul ayında Azərbaycana 365 min əcnəbi qonaq səfər edib ki, bu da 2018-ci ilin iyul ayına nisbətdə 10.6% artım deməkdir”.
Bu barədə məlumatı Dövlət Turizm Agentliyi açıqlayıb. Agentliyin məlumatında qeyd olunur ki, xarici qonaqların üçdə birindən çoxunu - 35%-lə Rusiyadan gələnlər təşkil edib:
“2018-ci ilin eyni ayı ilə müqayisədə Rusiyadan 11 min və ya 10% çox qonaq gəlib.
İyul ayı üzrə ən böyük artım Gürcüstandan gələnlər arasında müşahidə olunub, belə ki, ötən ilin eyni ayı ilə müqayisədə 12 min və ya 26% daha çox xarici vətəndaş gəlib. Bununla da iyul ayında Gürcüstandan gələnlərin sayı 61 min nəfər təşkil edib.
Səudiyyə Ərəbistanından səyahət edənlərin sayı 25% artaraq rekord həddə - 29 minə çatıb.
Cari ilin yanvar-iyul aylarında Azərbaycanı 1.8 milyon xarici səyahətçi ziyarət edib ki, bu da 2018-ci ilin ilk yeddi ayı ilə müqayisədə 122 min və ya 7.4% çoxdur.
Ən böyük artım 76 min və ya 23% daha çox xarici qonaqla Gürcüstandan gələnlərin sayında müşahidə olunub.
Mərkəzi və Cənubi Asiyadan gələn səyahətçilərdə də müvafiq olaraq 39% və 44% artım qeydə alınıb. Ən yaxşı turistik bazarlar sayılan Rusiya və Türkiyədən gələnlərin sayı isə 4% artıb”.
istinad