Xəbər lenti



Avqust ayının sonları tələbələrin kirayə mənzil axtarmaq mövsümüdür desək yanılmarıq. Ötən il qaldığı mənzili dəyişmək istəyənlər və ya bu il tələbə adını alıb paytaxta oxumağa gələnlər kirayə mənzil bazarından çox güman məmnun qayıtmayacaqlar. Buna səbəb kirayə mənzillərin qiymətinin yüksəlməsidir. Bizimaz.az bizimyol.info-ya istinadən xəbər verir ki, kiçik bir araşdırma ilə bu il kirayə mənzillərin qiymətinin ötən ilə nisbətən 4 faiz artdığını öyrənib. Ucuz mənzillərdə qiymət artımı ötən ilə nisbətən 7,6 faiz təşkil edib.

Əmlak bazarı üzrə mütəxəssis Nüsrət İbrahimli bildirib ki, adətən avqust ayının sonu, sentyabr ayının ortalarına qədər kirayə mənzil bazarında bahalaşma olur.

Oktyabr ayında qiymətlər əvvəlki məcrasına qayıdır. Lakin metro yaxınlığında və ya universitettlərin yaxınlığında yerləşən evlərdə azalma müşahidə olmur. Tələbələr üçün nisbətən ucuz mənzillər şəhərdən kənarda olsa da burda yolpulu və zaman itkisi yenidən tələbəni oxuduğu təhsil müəssisəsinin yaxınlığında ev tutmağa məcbur edir.

Kirayə mənzil bazarında dəllalıq edən Namiz Talıbov deyir ki, bu il tələbələr üçün nəzərdə tutulan bir otaqlı , dolu evlərin qiyməti 300 manatdır. Yerləşdiyi yerdən asılı olaraq evlərin qiymətlərində fərqlər var. Nizami, Xalqlar, Neftçilər, Qara Qarayev metro stansiyaları yaxınlığında evlər 2 otaqlı evlərin qiyməti 350-400 manat, Nərimanov metrosu yaxınlığında 450-500 manatdı. Kirayəçilərin çoxu isə evlərini tələbə qızlara vermək istəyirlər. Səbəb qızların daha sakit və evi daha təiz saxlamalalrıdır.

Ali məktəblərdən yalnız bir neçəsinin tələbə yataqxanaları fəaliyyət göstərir Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 320 nəfərlik yataqxana var. Yataqxanada əsasən, əcnəbi tələbələr qalır və onlar buna görə ödəniş edirlər. Azərbaycan Texniki Universiteti 5 korpuslu yataqxanasından yalnız birini tələbələrin ixtiyarına verib (digər yataqxanalarda məcburi köçkünlər məskunlaşıb). 80 yerlikdir. Azərbaycan Tibb Universitetinin 6 yataqxanası var. Onlardan birində məcburi köçkünlər məskunlaşıb. Digərlərinin isə ümumi tələbə tutumu 1256 nəfərdir. ATU-nun yataqxanası ödənişlidir.

Hazırda ödəniş haqqı aylıq 50 manatdır. Azərbaycan Dillər Univeristetində 200 tələbənin qalması üçün iki yataqxana var. Aylıq ödəniş 20 manatdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin 5 yataqxanasından dördündə məcburi köçkünlər məskunlaşıb. 200- yerlik tələbə yataqxanası var. Bakı Slavyan Universitetinin 3 saylı qızlar yataqxanası tələbələrin ixtiyarındadır. Yataqxananın 2-4-cü mərtəbələri tamamilə tələbələrə məxsusdur. Birinci mərtəbədə məcburi köçkünlər məskunlaşıb. Bakı Ali Neft Məktəbinin 400 çarpayılıq Tələbə evi var.

Xəzər Universiteti, Lomonosov adına universitetin Bakı filialı da yataqxana ilə təmin edir. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Sumqayıt Dövlət Universiteti (SDU), Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yataqxanalarında məcburi köçkünlər məskunlaşıb. 

istinad
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov