Xəbər lenti


 

Kütləvilik meyarlarına görə vətəndaşlarımız əmək fəaliyyəti ilə məşğul olmaq üçün daha çox Rusiya, Ukrayna və Türkiyəyə üz tutur. 
 
Bunu oxu.az-a Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov azərbaycanlıların daha çox işləmək üçün getdiyi ölkələri şərh edərkən deyib.
 
Sədrin sözlərinə görə, Rusiya daha çox azərbaycanlı miqrantların diqqət mərkəzindədir:
 
“Rusiya ilə çox sıx miqrasiya müqaviləmiz var. Oranın əmək bazarının çox geniş imkanları mövcuddur. Eyni zamanda, bu ölkədə diasporumuz nüfuzlu və genişmiqyaslıdır. Bir çox fəaliyyət sahələri ilə əlaqədar işlər həyata keçirilir. Bu səbəbdən Rusiya ərazisində çox sayda soydaşlarımız yaşayır. Ənənəvi olaraq bizim üçün maraqlı ölkə Rusiyadır. Böyük əksəriyyəti əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu ölkəyə üz tuturlar.
 
Rusiyanın rəsmi mənbələrindən əldə etdiyimiz məlumata görə, 600 minə qədər Azərbaycan vətəndaşı hazırda orada yaşayır. Onların da təqribən 300 minə qədəri əmək fəaliyyəti ilə məşğul olur. Yəni 300 min insan müvafiq qaydada icazəli şəkildə əmək patenti almaqla orada işləyir. Bu, statistik rəqəmlərdir. Təbii ki, qeyri-qanuni şəkildə işləyənlər də var. Sadəcə bu gün Rusiya qanunverciliyi imkan verir ki, hər bir Azərbaycan vətəndaşı 90 gün ərzində bu ölkənin ərazisində yaşasın, daha sonra bu müddət bitdiyi zaman yenidən Rusiyaya keçib öz işini davam etdirsin. Amma bu, bir çox hallarda qeyri-qanuni müstəvidə baş verir. Yəni kimsə özü üçün iş yeri qurur. Bununla da heç bir əmək münasibətləri rəsmiləşdirmədən öz iş yerini kənardan idarə etmiş olur. Sadaladığım bu kimi əlamətlərə görə Rusiya birinci yerdədir”.
 
İkinci yerdə olan Ukraynada da çoxsaylı vətəndaşlarımız var:
 
“Ayrı-ayrı mənbələrdə müxtəlif rəqəmlər səsləndirilir. Haradasa 250 mindən çox azərbaycanlının Ukrayna ərazisində yaşadığı və orada əmək faliyyəti ilə məşğul olduğu deyilir”.
 
O əlavə edib ki, Türkiyə azərbaycanlılar üçün maraqlı ölkə olması baxımından üçüncü yerdə qərarlaşıb:
 
“Bu səbəbdən hazırda Türkiyədə kifayət qədər azərbaycanlı işləyir. Müxtəlif mənbələrdə ayrı-ayrı rəqəmlər qeyd olunub.
 
Dördüncü yerdə olan Gürcüstanda bizim çoxlu şirkətlərimiz fəaliyyət göstərir. Azərbaycanlı iş adamlarının qurduğu əmək sahələrində soydaşlarımız çalışır. Sonuncu yerdə Orta Asiya respublikalarıdır. Məsələn, Qazaxıstanda Azərbaycan şirkətləri fəaliyyət göstərir. Məhz Azərbaycan şirkətləri vasitəsilə xarici ölkələrə üz tutan soydaşlarımız çoxdur”.
 
A.Allahverənovun fikrincə, azərbaycanlı miqrantların üz tutduğu ölkələr ənənəvi olaraq postsovet dövlətləridir:
 
“Çünki bu ölkələrlə aramızda viza rejimi yoxdur. Həmçinin həmin ölkələrin əmək bazarına müəyyən çıxışlarımız, şirkətlərimiz var. Bu kimi şərtlər və amillər o ölkələrə axın edən azərbaycanlılar, xüsusilə də işləmək istəyənlər üçün əlverişli mühit yaradır.  Ən çox da Türkiyədə bizim çoxsaylı şirkətlərimiz fəaliyyət göstərir”. 
 
Şura sədri əlavə edib ki, Avropa ölkələrindən Almaniya, Çexiya və Skandinaviya ölkələrində əmək fəaliyyəti ilə məşğul olmaq istəyənlər də var:
 
“Xüsusilə də son illər bu tendensiya artıb. Cexiya, Almaniya və Skandinaviya ölkələrində əmək fəaliyyəti ilə məşğul olmaq istəyənlər kifayət qədərdir. Bəziləri buna müvəffəq olsa da, bir çoxları bacara bilmir. İşləmək adı ilə gedib orada başqa status almaq istəyənlər də var. Soydaşlarımız tərəfindən müxtəlif yanaşmalar ola bilər, amma istənilən halda kütləvilik meyarlarına uyğun olaraq Rusiya, Ukrayna və Türkiyə üçlükdədir”.
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov