Xəbər lenti


 Suya girən hər kəs ayaqlarının sanki dənizin içərilərinə tərəf çəkildiyini hiss edir; Xəzər sahillərinin zəbti vətəndaşları uyğun olmayan çimərliklərə yönləndirir...

 

 
Sabunçu rayonu, Kürdəxanı çimərliyində 4 nəfər boğularaq ölüb. Sahildə futbol oynayan 8 gənc daha sonra çimmək üçün dənizə girib. Bu zaman dənizdə baş verən burulğan gəncləri sahildən uzaqlaşdırmağa başlayıb. 8 gəncdən 4-ü xilas edilsə də, 1992-ci il təvəllüdlü Əli Cavadov, 1991-ci il təvəllüdlü Murad Əzizov, 1991-ci il təvəllüdlü Kamran Hacıquliyev və Balababa Babayev dənizdə boğulublar. Hər 4 gəncin cansız bədənləri sudan çıxarılaraq yaxınlarına təhvil verilib.
 
İyulun 28-də Xəzər sahillərində istirahətdə olanlar deyirlər ki, həmin gün dənizdə güclü axın müşahidə ediblər. Suya girən hər kəs ayaqlarının sanki dənizin içərilərinə tərəf çəkildiyini hiss edib. Yay mövsümü ərzində, xüsusən şərq küləyinin cənub küləyi ilə əvəzləndiyi saatlarda belə güclü axınlar müşahidə edilir. Belə axınlar zamanı suda hətta üzmək bacarıqları olanlar üçün də təhlükəli vəziyyət yaranır. Adi günlərdə Xəzərdə normal üzə bilənlər küləyin istiqamətinin əks tərəfə dəyişməsi ilə müşahidə edilən güclü axınlar zamanı daha çox səy göstərməli olurlar. 
 
Xəzərin bu cür xüsusiyyətlərini bilməyənlər şərq küləyinin cənub küləyi ilə ( və ya əksinə) əvəzləndiyi  günlərdə çimərliklərdə xüsusi olaraq ehtiyatlı davranmalıdırlar. Artıq eyni səbəblərdən Xəzərin İran sahillərində çimərliklərə iyulun 31-nə qədər girmək qadağan olunub. Qadağa İranın şimalında, Mazandaran vilayətində qüvvədədir. Bunu İranın Mazandaran vilayəti sahillərində dənizdə batma hallarına qarşı mübarizə komitəsinin sədri Nəqi Kərimian deyib. N.Kərimianın sözlərinə görə, Mazandaran vilayətində 60 ərazidə qadağa işarəsi olan qara bayraq sancılıb. Qadağa bu il çimərlik mövsümündə Xəzər dənizinin Mazandaran sahillərində 10-dan çox şəxsin ardıcıl boğulmasından sonra qüvvəyə minib.
 
yazi.jpg (1.06 MB)
Xəzərin Azərbaycan sahillərində də vəziyyət bu baxımdan ürəkparçalayandır. Bu il yay  mövsümü başlayandan dənizdə boğulanların sayı hər həftə artır. Son bir həftədə Kürdəxanıda 4 nəfər, Xəzər və Abşeron rayonlarındakı qeyri-çimərlik ərazilərdə 2 nəfər batıb. Əvvəlki həftə 12 yaşlı Bayram Kərimli Novxanı çimərliyində boğulub. Elə həmin gün Bilgəh çimərliyində 2 nəfər boğulub, bir nəfər isə itkin düşüb. Bundan başqa, 4 nəfər də boğulma təhlükəsi ilə üzləşib, xilasedicilər onları son anda xilas edə bilib. Neftçalada 3 nəfər dənizdə boğulub. Hadisə günorta saatlarında rayonun Həsənabad qəsəbəsində baş verib. 26 yaşlı Fariz Alkişiyev, 29 yaşlı Fərid Babayev, həmçinin 27 yaşlı Şəhriyar Nəcəfov birlikdə dənizdə çimərkən batıblar. İyulun 21-də isə Azərbaycan Texnologiya Universitetinin 3-cü kurs tələbəsi Fərman İsaqov dənizdə boğulan xalası oğlunu xilas etmək istəyərkən batıb. Bakının Sabunçu rayonu ərazisindəki dənizdə isə bir nəfər qeyri-çimərlikdə üzərkən boğulub. Sonradan aparılan araşdırma nəticəsində məlum olub ki, boğulan şəxs 19 yaşlı Sadiq Abbasovdur. 22 yaşlı Azərbaycan vətəndaşı Andrey Xaritonov da iyulun 21-də dostları ilə birlikdə Buzovna qəsəbəsindəki “Zağulba” çimərliyində ehtiyatsızlıq ucbatından boğulub. Eləcə də Astara rayonunda bir nəfər qeyri-çimərlik sahəsində, dənizdə çimərkən boğulub.
 
dənizdə boğulmalar ile ilgili görsel sonucu
Suda boğulanların statistikasındakı uşaqlar və yeniyetmələr çoxluq təşkil edir. Boğulanların sayının bu qədər artmasına səbəb valideyn nəzarətsizliyi, insanların özlərinə qarşı məsuliyyətsizliyi, yoxsa dənizdə baş verən ekoloji proseslər, küləkli hava nəticəsində yaranan axınlardır?
 
Mütəxəssislər bildirir ki, bəzən boğulan şəxslər daha yaxşı üzmək qabiliyyəti olanlardır. Burada psixoloji amil təsir edir və şəxs özünə güvənərək daha dərinliyə gedir, nəticədə faciə baş verir.  Digər əsas səbəblərdən biri kimi qıcolma göstərilir. Mütəxəssislər bildirir ki, əsasən epilepsiyası olan şəxslərdə dənizdə qıcolma qaçılmaz olur. Bundan başqa, bədənində mikroelementlər çatışmadıqda, eləcə də suda  üzən insanın bədəninin soyuması, əzələlərin dincəlmədən uzunmüddətli işləməsi, suyun hərarətinin kəskin enməsi  nəticəsində də  qıcolmalar yarana bilir.
 
Xəzər dənizi üzrə mütəxəssis, ekoloq İslam Mustafayev ile ilgili görsel sonucu
Xəzər dənizi üzrə mütəxəssis, ekoloq İslam Mustafayev mövzu ilə bağlı “Yeni Müsavat”a bu fikriləri açıqlamışdı.
 
Sitat: “Bu il yay mövsümü daha küləkli keçir. Bunun nəticəsində dənizdə geoloji proseslər gedir, axınlar daha çox dəyişir, burulğanlar əmələ gəlir, su dərinlikləri yaranır. Çox təəssüf ki, çox hallarda bu dərinləşmə tədricən deyil, birdən baş verir ki, bu da çox təhlükəlidir.
 
Lakin dənizdə boğulanların sayının artmasını insan faktoru ilə əlaqələndirirəm. Demək olar ki, bu məsələdə məsuliyyətsizlik, uşaqların nəzarətdən kənar qoyulması, üzə bilməmək və yaxud təhlükəli yerlərdə üzmək, xilasedicilərin xəbərdarlıqlarına baxmayaraq, kənara çıxmaq, belə hallarda faciə qaçılmaz olur. Küləkli havada dənizə girmək, ümumiyyətlə, olmaz. Çünki külək dalğaları vurur və o da özü ilə bərabər ətrafdakı əşyaları, hətta insanı dənizin dərinliklərinə aparır".
 
dənizdə boğulmalar ile ilgili görsel sonucu
Vətəndaşların çimmək üçün yararsız çimərlik ərazilərinə üz tutmaları da başqa bir söhbətin mövzusudur. Xəzər sahilləri illərdir ki, kilometrlərlə uzanan daş hasarlarla bağlanmaqla zəbt olunub. Zəbt olunan ərazilər isə, bir qayda olaraq, istirahət üçün uyğun şəraiti olan yerlərdir. Ona görə də vətəndaşlar daha uyğunsuz çimərliklərə üz tutmaq məcburiyyətində qalırlar. Beləliklə, Xəzərdəki ekoloji durumla yanaşı, Xəzər dənizinin sahilində ictimai çimərliklərin sayının getdikcə azalması, özəl, pullu çimərliklərin isə əksinə, sayının artması problemi qalmaqdadır.
 
Ä°lgili resim
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamenti paytaxtdakı çimərlik ərazilərinə və sahilyanı zonalara girişin pulsuz olması barədə dəfələrlə açıqlama verib. Bu açıqlama hasarlanaraq zəbt olunan ərazilərə şamil olunmur. Digər tərəfdən, BŞİH-in çağırışlarına çox az hallarda özəl çimərliklər əməl edir. Bu, azmış kimi, özəl və ictimai çimərliklərə nəzarət edənlər qanunsuz olaraq öz məkanlarına qapılar, şlaqbaumlar yerləşdirir. Nəticədə ictimai çimərliklər gözlə görünəcək dərəcədə azalır və istirahət etmək istəyənlər məcbur olaraq qeyri-uyğun  və ya özəl çimərliklərə üz tutmaq məcburiyyətində qalırlar. Qeyd edək ki, hələ 2017-ci ildə Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılması planlaşdırılırdı. Lakin məsələ bu günə qədər  həllini tapmayıb. Odur ki, Xəzər “əjdaha”ya dönüb vətəndaşları udmaqdadır.(musavat.com)
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov