Paytaxtın Yasamal rayonu Mirzə ağa Əliyev küçəsi 150 ünvanında 1890-cı ildə inşa edilmiş tarixi bina sökülür.
Bizimaz.az xəbər verir ki, bu iddianı tanınmış iqtisadçı Natiq Cəfərli qeyd edib. O bildirib ki, binada söküntü işlərinə vətəndaşlarla razılıq əldə edilmədən başlanılıb.
Məsələyə münasibət bildirən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov saytımıza açıqlamasında sözügedən yaşayış binasının dövlət tərəfindən qorunan abidələr siyahısında olmadığını bildirib.