BAKU.WS xəbər verir ki, qadağa iyulun 28-i gecə 24:00-dək davam edəcək.

Festivalla əlaqədar olaraq, paytaxtın “Ziya Bünyadov”, “Q.Qarayev”, “Neftçilər”, “Atatürk”, “H.Ələsgərova”, “Azadlıq”, “Z.Əliyeva, “Tiblisi, “Moskva”, “Ü.Hacıbəyov”, R.İsmaylov və s. küçə və prospektlərində sarı rəngli və xüsusi işarəli avtomobil zolaqları çəkilib. Zolaqlar üzərində hərəkətin qadağan olduğunu bildirən yol nişanları da qoyulub. Bu yollar kameralar vasitəsilə tam nəzarətə götürülüb. 

Olimpiya festivalının davam etdiyi müddətdə yollardakı sarı zolaqlarda yalnız xüsusi nəqliyyat vasitələrinin hərəkətinə icazə veriləcək.
Sarı zolaqlar üzrə digər avtomobillərin hərəkəti isə avtomobil sahibləri və sürücülərin inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yaradacaq. 

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (DYP) qadağa qüvvədə olduğu müddətdə sürücüləri sarı zolaqlar üzrə hərəkət etməməyə və süni sıxlığın və tıxacların yaranmaması üçün ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırıb.

Festivalın keçirildiyi müddətdə yol polisi gücləndirilmiş iş rejmində xidmət edəcək, yarışların təşkil olunduğu ərazilərdə nəzarət artırılacaq.
Qeyd edək ki, qadağa riayət etməyən sürücülər 40 manat miqdarında cərimə ediləcək.