|
|
“Ferrari” brendinin Azərbaycanda rəsmi nümayəndəliyi olan “Ferrari Store Azerbaijan” fəaliyyətini dayandıracaq. Bizimaz.az: BAKU.WS-in əldə etdiyi məlumata görə, mağaza 5 avqust 2019-cu ildə bağlanacaq.Mağazanın hansı səbəbdən bağlanacağı məlum deyil.Qeyd edək ki, 2014-cü ildən etibarən Bakıda fəaliyyət göstərən mağazada "Ferrari" brendinə məxsus kişi, qadın, uşaq geyim və aksesuarları satılır.