Xəbər lenti

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Enerji içkilərinə dair sanitariya norma və qaydaları” qəbul edilib. Bu qaydaların qəbul edilməsi ilə əlaqədar enerji içkiləri yenidən medianın gündəmindədir. 

 

Əslində isə enerji içkiləri müasir dövrün icadı hesab edilsə də, məhz spesifik enerji artırıcı içki kimi istehsal edilən içki 1960-cı ildə Yaponiyada istehsal edilib. Hazırda dünyada ən çox satılan enerji içkiləri brendlərinin sayı 60-dan çoxdur və bəzilərinin illik gəliri milyardlarla ölçülür. 

İllərlə istifadə edilməsinə baxmayaraq, enerji içkilərinin təhlükəli olduğunu düşünən istehlakçılar var. Lakin bir şeyi untmaq lazım deyil ki, enerji içkiləri mağazalarda öz yerini rahat formada tuta bilir. Sağlamlığa zərərli heç bir məhsul açıq formada əhaliyə satılmır. Əks halda bunun qarşısını hüquq mühafizə orqanları və qida təhlükəsizliyi ilə bağlı qurumlar alardılar. Lakin bütün istehlak məhsullarında olduğu kimi enerji içkilərini də qədərində içmək lazımdır. 

Kofein tərkibli qidaların düzgün istehlakını öyrənmək üçün dietoloq Ofeliya Tahirovaya müraciət etdik. Ofeliya xanım bildirib ki, kofein qədərində istifadə olunarsa, faydalıdır: 

“Kofein çayda, qəhvədə, şokoladda və digər qidaların tərkibində var. Əslində, kofein yaddaşı gücləndirmək üçün çox faydalıdır. Yaddaş zəifləməsinin qarşısını alır. Amma miqdarı aşmamaq şərti ilə qəbul edilməlidir. Sağlam yetkin insan gün ərzində iki fincan sadə qəhvə ilə bu tələbatı ödəyə bilər, lakin Avropa Qida Təhlükəsizliyi Agentliyi araşdırması nəticəsində belə qənaətə gəlib ki, gündə 5 fincana qədər qəhvə içmək sağlamlıq üçün risk törətmir”.

Nəzərə almaq lazımdır ki, gündəlik həyat fəaliyyətimiz bizim enerji sərfiyyatımıza və diqqəti cəmləməyimizə nə dərəcədə təsir göstərir. Başqa sözlə, bəzi günlərdə kofein istehlakı bizi gümrahlaşdırsa da, bunu gündəlik təlabat halına salmaq və asılı vəziyyətə gəlmək lazım deyil. Bunun əvəzində həyat tərzimizi balanslaşdırmalıyıq, çünki həyat tərzimiz birbaşa sağlamlıqla və orqanizmin enerji istifadəsi ilə bağlıdır.

Balanslaşdırılmış həyat tərzi üçün tövsiyələr: Keyfiyyətli yuxu, təbii məhsullardan təşkil olunan qida rejimi, spirtli içkilərdən və siqaretdən imtina, mütəmadi təbii su içmək kimi vərdişlər birbaşa bədənin enerji səviyyəsini yaxşılaşdıran amillərdir.

Amerika İçki Assosiyasiyası enerji içkilərinin təhlükəsiz olduğunu söyləyir, bunu enerji içkilərinin tərkibində olan maddələrin digər gündəlik istehlak məhsullarının tərkibində olması ilə əsaslandırır.

Əksər enerji içkilərinin tərkibində kofein, şəkər, B vitaminləri, leqal stimullaşdırıcılar - quarana, taurin, amin turşuları və bədəndəki piyi enerjiyə çevirən L - karnitin yer alır. 

Enerji içkiləri bazarında daim bir-birindən daha keyfiyyətli məhsul istehsal edən markalar var.

Çünki insanların sürətli texnologiya dövründə tərkibində alkoqol olmadan özlərini gümrah hiss etdirəcək içkilərə təlabatı artır. 

Qeyd edək ki, kofeinli qida və içki istehsalçıları istehlak normaları barədə daim istehlakçıları məlumatlandırmalıdır. Avropa Qida Təhlükəsizliyi Təşkilatının 2015-ci ildə 66 531 insan arasında apardığı araşdırma nəticəsində bəlli olub ki, gündəlik 250 ml qablaşdırmada 5 qutu enerji içkisi içmək sağlam yetkin insan üçün heç bir risk daşımır. Məsuliyyətli istehsalçılar isə gündə 1 qutu enerji içkisi içməyi tövsiyə edir.

21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov