Bu ilin oktyabr ayının 1-dən Azərbaycanda əhalinin siyahıyaalınması başlayacaq.
Bunu Trend-ə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.
T.Budaqov bildirib ki, əhalinin siyahıyaalınması üçün zəruri hazırlıq işləri aparılır. O qeyd edib ki, siyahıyaalınma prosesi 10 gün davam edəcək: “Əhalinin siyahıyaalınmasının nəticələrinin proqram təminatına daxil edilməsi, yekun olaraq məcmuələrin nəşr edilməsi 2022-ci ilin iyul ayına qədər davam edəcək”.
Komitə sədri bildirib ki, müntəzəm olaraq 10 ildən bir əhalinin siyahıyaalınması keçirilir. Qeyd edək ki, əhalinin siyahıyaalınması Azərbaycan Prezidentinin müvafiq fərmanına uyğun olaraq həyata keçirilir.