Xəbər lenti


Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqəti, qayğısı və sərəncamları əsasında son 6-7 ildə daha sürətlə inkişaf edən İsmayıllının hər bir yaşayış məntəqəsi bu sürətə inamla qoşulur. Keyvəndi kənd İnzibati Ərazi Dairəsinə daxil olan Pirəbilqasım, Minkə, Şəbiyan, Bəhliyan və Bilistan kəndlərində bu hal  aydınlığı ilə diqqəti cəlb edir.

Bizimaz.az: İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun Minkə kənd sakinləri ilə keçirdiyi görüş-qəbulda bunlardan ətraflı danışılıb.
Minkə ümumi orta məktəbin binasında keçirilən görüş-qəbulu giriş nitqi ilə açan RİH-nin başçısı Mirdaməd Sadıqov deyib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin səfərləri, rayonumuzla bağlı qəbul etdiyi sərəncamlar sürətli və geniş miqyaslı inkişafın stimuluna, hərəkətverici qüvvəsinə, illərə hesablanmış bazasına çevrilib. 2018-ci ilin avqust ayında ölkə rəhbəri Minkəyə yaxın ərazidə tikilmiş “Azza-Aqro” şirkətinin 1000 başlıq olacaq heyvandarlıq kompleksinin açılışını edib. Minkə, Keyvəndi, Bəhliyan, Şəbiyan kəndlərinə asfalt yol çəkilib. Bu il ucqar Bilistan kəndi də o sıraya daxil olacaq.
Rayon icra hakimiyyətinin başçısı bunlarla yanaşı problemlərdən də danışıb, təsərrüfatçılıqla bağlı məsləhətlərini verib.
Hüquq mühafizə orqanları və xidmət təşkilatları rəhbərlərinin iştirak etdiyi tədbirdə sözü, təklifi, xahişi, şikayəti olan hər bir sakin dinlənilib. Zəlzələdən ziyan çəkən evlərinin yenidən tikilməsi və əsaslı təmir olunmasına imkan yaratdığı üçün sakinlər Azərbaycan Prezidentinə minnətdarlıq ediblər. İştirakçılar rayon icra hakimiyyəti rəhbərliyinin işindən razı qaldıqlarını bildiriblər.
Həm də xahiş ediblər ki, kənddə məktəb binası tikilsin, imkan yarananda kəndarası yolların təmirinə baxılsın, özünəməşğulluq proqramının mahiyyəti barədə maarifləndirmə xarakterli söhbətlər aparılsın, enerji təchizatı yaxşıdır, lakin cari təmir işlərinə imkan daxilində diqqət yetirilsin.
Hüquqla bağlı bir iki məsələ də diqqətə çatdırılıb və obyektiv qaydada cavablandırılıb.
Hər bir məsələ icraçılara konkret tapşırıq səviyyəsində və icra müddəti müəyyən etməklə çatdırılıb.
Görüş-qəbulun sonunda bir daha vətəndaş məmnunluğunun yaranması hamının diqqətini cəlb edib.





15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov