Bu ilin sonunadək “Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində Müqavilə” layihəsi ilə bağlı müzakirələrin yekunlaşması və imzalanması prosesinin reallaşması planlaşdırılır.
Bizimaz.az Publika.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
O bildirib ki, 2020-ci ildə artıq yeni müqavilə qüvvəyə minə bilər: “Layihənin məqsədi Rusiyada əmək miqrantları kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının gələcəkdə pensiya və sosial sığortalanma üzrə hüquqlarının təmin olunması üçün hüquqi əsasların yaradılmasıdır”.