Ölkə başçısı prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər il bir neçə sənət adamın mənzil bağışlayır. Bir neçə gün öncə daha iki məşhura ölkə başçısı tərəfindən mənzil hədiyyə edildi.
Beləliklə, Bizimaz.az
Moderator.az-a istinadən ölkə rəhbərliyinin mənzil hədiyyə etdiyi məşhurların adlarını təqdim edir.
Belə ki, 2009-cu ildə Xalq artisti Aygün Kazımova doğum günü hədiyyəsi olaraq 3 otaqlı mənzillə təmin edilib. Əməkdar artist Aybəniz Haşımova da da ev alan məşhurlar sırasındadır və 2011-ci ildə ölkə başçısı tərəfindən mənzillə təmin edilib.
Bu gün məşhur olan muğam ustadları da ölkə başçısının diqqət mərkəzindədir. Muğamımızın inkişafıyla yanaşı, ifaçıların mənzil şəraitinin yaxşılaşdırılması üçün onlar da ölkə başçısı tərəfindən evlə təmin olunublar. Xalq artistləri Canəli Əkbərov, Hacıbaba Bağırov, Mənsum İbrahimov, Könül Xasıyeva, Möhlət Müslümov, Əməkdar artist Aygün Bəylər da evlə təmin olunub.
Teatr xadimləri də mənzil alanlar sırasındadır. Xalq artisti Qurban İsmayılov, aktyor və rejissor Elxan Qasımov mənzillə təmin olunub. Əməkdar artistlər Sənubər İsgəndərli və Vəfa Zeynalovaya isə bir neçə gün ev verilib.
Ötən ay prezident təqüdünə layiq görülən müğənni Akif İslamzadə bir neçə gün öncə müsahibəsində mənzillə təmin olunmasına görə ölkə rəhbərliyinə minnətdarlıq edib. Bununla yanaşı, Xalq artisti Rəmiş də evlə təmin olunub və həyat yoldaşıyla birlikdə həmişə ölkə rəhbərliyinə təşəkkür etdiyini bildirib.