Xəbər lenti

60 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzil verildi - FOTO
 

Bu gün, 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günündə Prezident cənab İlham Əliyevin hədiyyəsi olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 60 şəhid ailəsinə və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim edilib.

Publika.az xəbər veruir ki, mənzillər Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilmiş yaşayış binalarından alınaraq verilib.

Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. O, Prezident cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün Azərbaycanın güclü orduya malik bir ölkə olmasının hər birimizdə sonsuz qürur hissi doğurduğunu vurğulayıb.

A.Kərimov bildirib ki, dövlət başçısının siyasətinin ana xəttini ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi təşkil edir. 2019-cu il ərzində də təqdim edilən iki sosial paket ölkədə minimum əməkhaqqının iki dəfəyə yaxın artaraq, 130 manatdan 250 manata, minimum pensiyanın 72,4 faiz artaraq 116 manatdan 200 manata çatdırılmasına, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılmasına imkan verib. Dövlət sektorunda işləyənlərin də əmək haqları, məcburi köçkünlərin, tələbələrin təqaüdləri də əhəmiyyətli şəkildə artırılıb. Həmçinin, 800 min vətəndaşın problemli kreditlərlə bağlı narahatlığına son qoyulmaqla, bu problemin həlli ilə bağlı maliyyə yükünü dövlət öz üzərinə götürüb. Ümumilikdə, təkcə bu il təqdim edilən iki sosial paket 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olub.

Nazir müavini qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə dövlət başçısının xüsusi qayğısı nəticəsində ötən il nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil bu kateqoriyalardan olanlara təqdim edilib. Cari ildə isə azı 800 mənzil verilməsi nəzərdə tutulub ki, onlardan artıq 60 mənzil hazırda təqdim edilir. Ümumilikdə indiyədək nazirlik tərəfindən həmin kateqoriyalardan olanlara 6714 mənzil verilib.

Həmçinin ötən il 265 müharibə əlili minik avtomobili ilə təmin edilibsə, cari ildə həmin vətəndaşlara nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb. Onlardan bu ilin ötən dövründə artıq 150 avtomobil təqdim edilib. Bununla indiyədək 6300-dək avtomobil müharibə əlillərinə təqdim edilib.

A.Kərimov yeni mənzillə təmin olunan vətəndaşları təbrik edərək, onlara xoş arzularını çatdırıb. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri bütün sahələrdə diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayıb, sosial təminatlarının gücləndirilməsindən, müavinət və təqaüdlərinin, pensiyalarının mütəmadi olaraq artırılmasından razılıqlarını ifadə ediblər.

Onlar göstərilən yüksək qayğıya, bu gün isə yeni və rahat mənzillərlə təmin olunduqlarına görə Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. İctimai təşkilatların rəhbərləri sosial sahədə atılan inqilabi addımların əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm uğurlara nail olmağa imkan verdiyini qeyd ediblər.

Vurğulanıb ki, atılan bu addımlar, eyni zamanda, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin yeni mənzillərlə təmin edilməsi işlərinin ildən-ilə güclənməsi dövlət başçısının siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını bir daha təsdiq edir.

Sonra yeni mənzillərə baxış olub. Mənzillərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.

 

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov