Bu gün saat 13.30-dan 15.30-dək 110/10 kVt-luq Əliağa Vahid yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində
elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
Bu barədə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Trend-ə deyib.
Yaranmış narahatçılığa görə, “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.