Azərbaycanda aylıq vəzifə maaşlarının artımı orta məktəblərdə çalışan 160 minə yaxın müəllimi əhatə edəcək.
Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılaraq orta aylıq əməkhaqqı 605 manat müəyyənləşib. (report)