Yay fəsli ilə əlaqədar insanlar istirahət üçün müxtəlif ölkələrə üz tutur. Azərbaycandan da mövsümü xaricdə keçirənlər az deyil. Bəs istirahət üçün hansı ölkələrə daha çox üstünlük verilir?
Bizimaz.az : bu barədə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Modern.az-a danışıb.
“ İstirahət üçün üz tutulan ölkələrin içərisində birinci yeri Türkiyə tutur. Bu ölkəyə yayda səfər edənlər əsasən Antalya, Quşadası, Ege adası, Aralıq dənizi sahillərinə üz tuturlar. Lakin Türkiyə ilə bərabər Avropanın bir sıra ölkələrinə - Almaniya, İtaliya, Fransaya da səyahət edənlər az deyil. Rusiya, Gürcüstan, Ukrayna (Ukraynanın müalicə-kurort şəhərləri), Birləşmiş Ərəb Əmirliyi (Dubay şəhəri) də azərbaycanlı turistlərin tez-tez müraciət etdiyi ərazilər sırasındadır”.
M.Ağakərimov bildirir ki, bəzi insanlar yayda müalicə məqsədilə də məcburən xaricə üz tuturlar.
“Elə insanlar var ki, hər il məcburi şəkildə müalicə götürməlidir. Müalicə isə müxtəlif kurort şəhərlərində həyata keçirilir. Xüsusilə Rusiyada yerləşən Yessentuki müalicə-kurort şəhəri kimi azərbaycanlıların ən çox müraciət etdiyi məkanlar arasındadır. Çexiyanın daha çox müalicə-kurort şəhəri sayılan Karlovı Varı, Bolqarıstanın Qızıl Qum şəhərinə də bu səbəbdən səfər edənlər az deyil”.