Bakı metrosunun işində nasazlıq yaranıb.
Bizimaz.az: bu gün səhər saat 08:00 radələrində Bakı metrosunda qatarların hərəkətində texniki problem yaranıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun məlumatına görə, hadisə metronun “Xalqlar Dostluğu” stanaiyasında baş verib:
“Həzi Aslanov” stansiyasından start götürən qatarda “Xalqlar dostluğu” stansiyasında texniki nasazlıq yaranıb. Nəticədə, sərnişinlər həmin stansiyada boşaldılıb. Qatar depoya göndərilib. Həmin qatarın əvəzinə xəttə ehtiyat qatar buraxılıb.
Baş vermiş problem nəticəsində qatarlar arasındakı intervalda 15 dəqiqə interval yaranıb. Hazırda intervalın bərpası üçün tədbirlər görülür”.