Xəbər lenti

İki gün əvvəl Bizimxeber.az-da Nizami rayonu, Şirin Mirzəyev küçəsində qanunsuz fəaliyyət göstərən çay evlərinin yüksək gərgilikli elektrik xəttinin altında fəaliyyət göstərməsi və bu ərazinin icra başçısı Arif Qasımov tərəfindən icarəyə verilməsinə baxmayaraq nəzarətsiz saxlanması ilə bağlı  – “Arif Qasımov yüksək gərginlikli elektrik xəttinin altında çayxana şəbəkəsi yaradıb – FOTOLAR” adlı  yazı yazmışdıq. 

 

Yazıya Nizami Rayon İcra Hakimiyyətindən münasibət gəlib. Amma necə, bax elə gülməlisi də budur. Redaksiyanın elektron ünvanına gələn yarımçıq mövqe o qədər maralıdır ki, adam oxuduqca oxumaq istəyir. Əslində bu mövqenin əvvəlində nələrin yazıldığını oxumaq bizə də maraqlı olardı. Amma təəssüflər olsun ki, münasibətin əvvəli yoxdu … və sonra bu cümlələr var – olduğu kimi təqdim edirik.

“Qeyd edək ki, son illər rayonda gedən abadlıq və quruculuq işlərinin ardıcıl davamı olaraq T.Abbasov küçəsi ilə Ş.Mirzəyev küçəsinin kəsişməsindən başlanan 9600 kv metr, yəni parkın I hissəsi abadlaşdırılmış, müasir tələblərə cavab verən işıqlandırma sistemi quraşdırılmış, həmin ərazidə sakinlərin istirahəti üçün lazımı şərait yaradılaraq onların istifadəsinə verilmişdir. Ş.Mirzəyev küçəsi boyunca sahibkarlar tərəfindən icarəyə verilən obyektlərin qarşısındakı çay evləri həmin obyektlərin sahibləri ilə aidiyyəti orqanlarla bağlanmış mövsümi müqavilə əsasında fəaliyyət göstərirlər. Sözügedən ərazi, yəni parkın II hissəsi – Ş.Mirzəyev küçəsi boyunca olan sahənin abadlaşdırılması üçün tərəfimizdən təkliflər hazırlanmış, hazırda layihələndirmə və sənədləşdirmə işləri aparılır. Sənədləşmə işləri yekunlaşdıqdan sonra ərazidəki çay evləri yığışdırılaraq ərazidə abadlaşdırılma işlərinə başlanılacaqdır. Bu barədə obyekt sahiblərinə xəbərdarlıq edilmişdir”.

Bu nə açıqlamadır Arif Qasımov? Sizin elə bütün işləriniz belədir? Hər işi belə yarımçıq görmək sizin və “savadlı” əməkdaşlarınızın adətidir?

Sizin təbirinizlə desək Ş.Mirzəyev küçəsindəki fəaliyyət göstərən o obyektlərin sahibləri bu əraziləri necə çayxana kimi icarəyə verə bilər? Sahibkarlar obyektinin arxa hissəsini, özü də 50 metr kənar məsafəni, elektrik xəttinin altını necə icarəyə verir? Bu ərazi sahibkarın necə ola bilər?

Kim satıb bu əraziləri? Bu hansı qanunla tənzimlənib? Yüksək elektrik xəttləri keçən ərazilərdə siz necə park sala bilirsiz? Burda oynayan uşaqların təhlükəsiliyinə kim təminat verir?

Apardığımız araşdırmalar isə tamam başqa mətləblərdən xəbər verir. Yaxın günlərdə ərazilərin kimlər tərəfindən və hansı şərtlərlə icarəyə verildiyini bütün çılpaqlığı ilə işıqlandırcağıq. Ərazidə hər çay evi üçün nə qədər aylıq ödəniş alınır?

Ərazidə yaşayan insanların müraciətləri prezident İlham Əliyevə ünvanlanacaq.

 Bizimxeber.Az
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov