Bu gün 7 iyun “Şairlər Günü” çərçivəsində Xalq Şairi Vaqif Səmədoğlunun xatirəsi anılacaq. Xatırladaq ki, Azərbaycanda artıq doqquzuncu dəfədir ki, “Şairlər Günü” qeyd olunur.
Bizimaz.az: Xalq şairi Vahid Əziz
Moderator.az-a açıqlamasında Azərbaycan şairlərini təbrik etdi və bildirdi ki, onlardan sonra da ədəbiyyata istedadlı gənc şairlər gəlir:
“Bu gün Azərbaycan ədəbiyyatı inkişaf yolundadır. Bizim böyük şairlərimiz olub. Ədəbiyyata kifayət qədər gənc şairlərimiz gəlib və onlar da çox istedadlıdılar. Mən bütün şair dostlarımı “Şairlər Günü” münasibətilə təbrik edirəm. Doğrudan da bu dəfəki, “Şairlər Günü”nü Xalq şairi kimi qeyd edirəm. Bilirsiniz ki, ötən ay ölkə başçısı tərəfindən bu fəxri ada layiq görüldüm.
Qaldı ki, Vaqif Səmədoğlunun belə gündə anılması çox gözəl təşəbbüsdür. O, mənim dostum idi, təxminən ədəbiyyata biz bir dövrdə gəlmişik. O, böyük şairdir, Allah rəhmət eləsin. Amma çox təəssüflər olsun ki, həmin tədbirə məni dəvət etməyiblər. İndi siz deyəndə bildim ki, V.Səmədoğlunun xatirə gecəsi keçiriləcək”.