Xəbər lenti



Son bir ildə paytaxt və regionlarda azyaşlıların itməsi halları artıb. Uşaqlar ya itkin düşür, ya da kimsə tərəfindən qaçırılır. Lakin statistika göstərir ki, bu kimi hallar, əsasən valideyn məsuliyyətsizliyi və diqqətsizliyi səbəbindən baş verir. 

 

Cəmiyyəti silkələyən olay isə üç yaşlı Zəhranın qaçırılması oldu. 

Azyaşlı hüquq-mühafizə orqanları tərəfindən tapılaraq ailəsinə təhvil verilsə də, bu, kimlərinsə növbəti qurban olmayacağı anlamına gəlmir. 

Zəhra şanslılardan biridir, çünki tapmaq mümkün olub. Amma qaçırılaraq orqan mafiyasının qurbanı olanlar var, heç vaxt tapılmayanlar var...

Bəs valideynlər nə etməlidirlər? 

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, son 10 ildə ölkədə uşaq oğurluğu faktına rast gəlinməsə də, hazırda belə hadisələr baş alıb gedir:

“Uşaqların kimlər tərəfindənsə, xüsusilə də qaraçılar tərəfindən qaçırılması halları çoxalıb. Mən hər dəfə deyirəm ki, bu roman tayfaları (qaraçıları nəzərdə tutur – red.) ilə mübarizə aparılmalıdır. Onların birlikləri tapılmalı və qarşısı alınmalıdır.

Valideynlər daim uşaqlarını diqqətdə saxlamalıdırlar. Ən çox da xüsusi qayğıya ehtiyac duyan uşaqları. Bir müddət əvvəl bir qadın televiziya verilişlərindən birinə çıxmışdı. Uşağı oğurlanmışdı. Eyni situasiya idi. Həmin uşaq olduqca zəif, əqli cəhətdən bir qədər problemli idi. Onu hədə-qorxu altında saxlamışdılar.

Üç yaşlı Zəhranın oğurlanması həmin hadisəni xatırlatdı. Zəhra rahat danışa bilmir. Həmin an və ya başqa təhlükə ilə qarşı-qarşıya qalsa, kömək istəyə bilməzdi.


Ailələr belə laqeyd yanaşmalar səbəbindən uşaqlarını həmişəlik itirə bilər. Zəhra tapıldı və ailəsinə təhvil verildi. Bəs tapılmasaydı?! Uşağın başına bir hadisə gəlsəydi?! Bir ömür peşmanlıq”.

K.Ağazadənin sözlərinə görə, problem valideynlərin uşaqları hədə-qorxu ilə “tərbiyə etmək” istəməsindən irəli gəlir:

“Valideyn uşağını qorxudur, “ora getmə”, “bununla danışma”, “səni döyərəm” kimi ifadələr işlədir. Belə təzyiqlər olmamalıdır. Onları sakit dildə başa salmaq lazımdır ki, yad insanlarla danışmaq olmaz. Tanımadığın insanlar nəsə təklif edəndə götürmə, yemə, dərhal anaya-ataya de.

İndi bəzi valideynlər deyəcək ki, iş-güc ucbatından daim uşağa nəzarət edə bilmirik. Amma bu, həmin diqqətsizlik ucbatından yaşanan hadisəyə bəraət qazandıra bilməz. Körpələr bəzən böyüklərin kiçik bir səhvinin cəzasını ömür boyu çəkirlər. Belə olmaz”.

K.Ağazadə vurğulayıb ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar ümumiyyətlə nəzarətsiz qalmamalıdır:

“Valideyn məsuliyyətinin artırılması üçün işlər aparılmalıdır. Ehtiyatsızlıq səbəbindən onlarla uşaq bu gün yanıq şöbələrində yatır.

Valideyn diqqəti tək anaların çiyninə yüklənməməlidir. Burada atanın, nənənin, babanın, ailənin digər üzvlərinin də məsuliyyəti var. Bu halların qarşısını almaq üçün valideynlərə də cəza verilməli deyil ki?! Övladlarına qarşı qeyd-şərtsiz diqqətli olmalıdırlar”.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov