Bakıdan Qubaya təşkil edilən 5 günlük səyahət üçün müəyyən edilən qiymət şok yaradıb.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, tur şirkətlərindən biri 3200 manata Qubaya 5 günlük səyahət təklif edir. Səyahət qiymətinin bu qədər yüksək olmasının səbəbi şirkətin təklif etdiyi xidmətlərdir.
Belə ki, şirkət səyahət sevərləri Qubaya “Hummer H2” (limuzin) avtomobilində aparır. Xidmətlərə həmçinin gün ərzində 6 dəfə qidalanma da daxildir.
Qonaqlar 5 ulduzlu oteldə yerləşdirilir və qolf oyunu, tenis və futbol meydançalarından ödənişsiz istifadə imkanı əldə edir.
Həmçinin xidmətlərə cakkuzi, hovuz, sauna, massaj, bovlinq, atıcılıq da daxildir.
Şirkətdən bildiriblər ki, qiymətin yüksək olmasına baxmayaraq, səyahət üçün müraciət edənlər var.