2018-ci ilin sərnişinlərə ən ləzzətli yeməklərlə xidmət edən hava yollarının siyahısı açıqlanıb.
Bizimaz.az Publika.az-a istiadən xəbər verir ki, siyahı Rusiyanın “Tutu.ru” səyahət şirkəti tərəfindən sorğu əsasında hazırlanıb.
Sıralamaya liderliyi Özbəkistan Hava Yolları edir.
İkinci sırada Azərbaycan Hava Yolları, üçüncüdə isə Türkiyə Hava Yolları qərarlaşıb.
Sərnişinlər ən çox bu ölkələrin təqdim etdiyi yeməklərin çeşidliliyini, ölçüsünün böyük olmasını və spirtli içki verilməsini bəyənir. Əlavə olaraq, Azərbaycan Hava Yollarının təqdim etdiyi salatlar, çərəzlər və müxtəlif şirniyyatlar sərnişinlərin xüsusi diqqətini çəkir.
Siyahının ilk beşliyini Almaniyanın “Lufthansa” və Qazaxıstanın “Air Astana” hava yolları tamamlayıb.
Araşdırma zamanı məlum olub ki, sərnişinlər ən çox qısa məsafəli uçuşlarda yemək verilməsindən məmnunluq duyurlar.