Xəbər lenti


Sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun səhhəti pisləşib.
 
Bizmaz.az  xəbər verir ki, bu barədə İ.Həmidovun şəxsi facebook profilində məlumat paylaşılıb. Adı açıqlanmayan köməkçi bildirib ki, İ.Həmidovun böyrəklərində və onurğasında şiş var, bu səbəbdən də onun əməliyyat olunması təxirə salınıb:
 
"Bildiyiniz kimi, bir müddət əvvəl Azərbaycanın keçmiş Daxili İşlər naziri, Azərbaycan Xalq Hərəkatının təsis olunması fikrinin müəllifi İsgəndər Həmidov səhhətində yaranmış problemlərlə bağlı qəfil vəziyyəti ağırlaşdığı üçün Bakıda xəstəxanaya yerləşdirilmişdi. Xəstəxanada həkimlər onun əməliyyat olunmasının vacib və zəruri olduğunu bildirsə də, ailə üzvləri buna qəti şəkildə icazə vermədiyi üçün İsgəndər Həmidov xarici ölkələrdən birinə aparılmışdı. Uzun sürən müayinələrdən sonra, indi də ağır durumda olan İsgəndər bəyin sağlamlıq durumunun nəticələrinə dair cəmiyyətdə yayılan, həqiqətə uyğun olmayan informasiyaların qarşısının alınması üçün onun real vəziyyəti ilə bağlı məlumat vermək zəruri hesab edildi.
 
Ürəyindən əməliyyat olunması üçün xaricə aparılan İsgəndər Həmidovun böyrəyində kreatinin yüksək olduğu aşkarlandığı üçün əməliyyat həyatına ciddi təhlükə hesab edildiyindən həkimlər əməliyyatı qəti şəkildə mümkünsüz hesab edib. Aparılan müayinələr nəticəsində məlum olub ki, İsgəndər bəyin sağ böyrəyində 4, sol böyrəyində isə 3 şiş var. Bununla yanaşı, onurğasında da şiş aşkar edilib. Bütün bunları nəzərə almaqla əməliyyat ertələnib və günlərlə ağır durumda olan İsgəndər Həmidovun səhhətinin müəyyən qədər toparlanması üçün çalışılıb.
 
Sağlıq durumu ağır olduğu üçün bu müddət ərzində onunla görüşmək mümkün deyildi. Həkimlər hər cür söhbətin və bunun nəticəsində yaranacaq həyəcanın onun həyatı üçün təhlükə olduğunu bildirirdilər. Bundan başqa, aparılan müayinələr nəticəsində ikinci ağır durum ortaya çıxıb, şişlərlə bağlı biopsiya edilib və dəqiq nəticəyə gəlmək üçün əkilməyə verilib. Bu müddət ərzində həkimlər İsgəndər Həmidovun əsəbiləşməsinin və gərginləşməsinin qarşısını almaq üçün ölkə daxilində və xaricində baş verən bütün informasiyalardan kənar olmasını vacib hesab etdiyindən, heç kimə onunla görüşmək imkanı vermədikləri üçün İsgəndər bəyin AXH idarə heyətinin üzvləri və sıravi üzvlərinin həbsi barədə heç bir məlumatı olmayıb. Lakin dünən, nəhayət, onunla görüşə bildik. Həkimlərin yekun rəyinə əsasən, İsgəndər bəyin vəziyyəti ağır olaraq qalmaqda davam edir. Lakin bütün bunlara baxmayaraq, İsgəndər bəy Azərbaycana qayıtmağa qərar verib. Bu qərara həkimlər etiraz edib və İsgəndər Həmidova bütün bunlarla bağlı, xəstəlik tarixçəsi haqqında həm şifahi, həm yazılı şəkildə məlumat təqdim edilib. Belə olan halda İsgəndər Həmidovun müalicəsinin ev şəraitində davam etdirilməsi şərti ilə ölkəyə qayıtmasına icazə verilib. Bununla yanaşı, həkimlər İsgəndər Həmidovun 6 ay müddətində hər hansı bir aktiv fəaliyyətlə məşğul olmasını qəti surətdə qadağan ediblər. Bu 6 ay içində isə müayinə və müalicə üçün mütləq yenidən geri qayıtmağı tövsiyə ediblər.
 
Bütün bunları nəzərə almaqla diqqətinizə çatdırmaq istəyirəm ki, İsgəndər Həmidov iyun ayının 8-də Bakıya qayıdacaq.
 
Bütün duyarlı şəxslərə, İsgəndər bəyin mübarizə yoldaşları və media mənsublarına bu müddət ərzində göstərdikləri diqqətə görə İsgəndər bəyin adından təşəkkür edirəm. Ümid edirəm, İsgəndər bəyin sağlamlıq durumunu nəzərə alıb, bu mövzu ətrafında spekulyasiya edilməyəcək".

Moderator.az
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov