Azərbaycanda şagirdlərin vahid geyim formaları olacaq.
Bizimaz.az-ın məlumatına görə, bunu Təhsil nazirinin müavini İdris İsayev deyib.
Onun sözlərinə görə, yeni qəbul edilən qanunda məktəbli geyim formalarının təsviri öz əksini tapıb:
“Əvvəllər məktəblər formalarını özləri müəyyənləşdirirdilər. Lakin yeni qanunla bir neçə geyim forması Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Təhsil müəssisəsi bunlardan birini seçib təsdiq etməlidir”.
“Heç bir məktəb Nazirlər Kabinetinin təsdiq etdiyi təsvirdən kənara çıxa bilməz”, - deyə nazir müavini qeyd edib.
istinad