Xəbər lenti


 

60 gün sonra tərkibində alkoqol olan enerji içkiləri dövriyyədən çıxarılacaq.

Bizimaz.az:  bunu AQTA-nin sədr müşaviri Elxan Mikayılov Avropanın enerji içkiləri (Energy Drinks Europe) Assosiasiyasının prezidenti Andreas Kadinin fikirlərinə münasibət bildirərkən deyib. 

Belə ki, A.Kadi enerji içkilərinin yeniyetmələr, hamilə və süd verən qadınlar üçün müəyyən miqdarda istifadəsinin zərərsiz olduğunu bildirib. 

Bundan başqa, o, enerji içkilərinin standart tərkibinin minimum altı maddədən ibarət olduğunu deyib və bu maddələrin alkoqol qarışığı olmadığı müddətcə insan sağlamlığına ziyan vurmayacağı fikrini müdafiə edib.

Qida Təhlükəsizliyi Agentliyinin sədr müşaviri Elxan Mikayılov isə səsləndirilən bu fikirlərin əleyhinə olduğunu bildirib. 

Onun sözlərinə görə, enerji içkilərinin tərkibində olan maddələrin qarışığı insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırır və bu, sağlamlıq üçün təhlükəlidir. 

Tərkibində bu maddələrdən ən az ikisi olan məhsul enerji içkisi hesab olunmur və insan sağlamlığı üçün risk təşkil edir:

“Kofein, taurin, qlükoronolakton, inozitol, amin turşuları, quarana, B qrup vitaminlər, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstratları varsa, bunlar enerji içkiləri hesab olumur. Avropa ölkələrindəki normalar əsasında tərkibində kofein və şəkərin miqdarı 150ml aşağı olmamaq şərtilə enerji içkisi hesab edilə bilər. 

Enerji içkilərinin tərkibinə alkoqol qatıla bilməz. Bu, yolverilməzdir. Ümumiyyətlə, enerji içkiləri 18 yaşdan aşağı şəxslərə, hamilə və süd verən qadınlara, diabetdən əziyət çəkən şəxslərə, ürək fəaliyyətinin pozulduğu, böyrək çatışmazlığı, müxtəlif hipertonik xəstəliklərdən əziyyət çəkənlərə, yuxusuzluq və metobolizm problemi olan şəxslərə qətiyyən tövsiyə edilmir”.

AQTA rəsmisi onu da əlavə edib ki, təhlükəsizlik normalara görə, 100ml enerji içkisinin  tərkibində olan komponentlərin maksimum miqdarı aşağıdakından artıq olmamalıdır:

“Kofein-32, 
Taurin 200
İnozitol 20
Kreatin 1
qlükoronolakton 200
Vitamin B2 - 0,34
Vitamin B3 - 1,4
Vitamin B5 - 1
Vitamin B6 -0,04
Vitamin B12 - 0,0004”.

Qeyd edək ki, AQTA rəsmisi son olaraq onu da əlavə edib ki, sadalanan normalara riayət etməyən enerji istehsalçılarının məhsulları ölkə ərazisində dövriyyədən çıxarılacaq. 

Ümumilikdə AQTA-nın enerji içkilərinin istehsalına tamamilə qadağa qoymaq kimi istəyinin olmadığı, lakin məhsulun tərkibinin insan sağlamlığına zərər vurmayacaq komponentlərlə hazırlanmasının tələblərini müdafiə etdiyi də vurğulanıb.

oxu.az
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov