Xəbər lenti

 

Bu ildən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklilərə görə, 2006-cı ilin əvvəlindən, yəni fərdi uçot sistemi tətbiq olunandan sonra 2018-ci il iyulun 1-dək fərdi hesabında toplanan məbləğdən asılı olmayaraq, pensiya kapitalı qeydə alınıbsa, 2006-cı ilədək 25 il sosial sığorta stajı hesablanır. Yəni əgər vətəndaşın ötən ilin ikinci yarısınadək fərdi hesabında hər hansı bir vəsait olubsa, o, 25 illik pensiya stajı ilə pensiyaya çıxır. 

 

Bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə yazıb

Onun sözlərinə görə, bu yaxşıdır, amma heç də bütün yaşlı insanların pensiya almasına imkan vermir. 

“Məsələ ondadır ki, elə vətəndaşlarımız var, onların 2006-cı ilədək 25 deyil, daha az, məsələn 22 il iş stajı olub və 2006-cı ildən sonra yığımı da olmayıb. 

Qaydalara əsasən, belə vətəndaşlarımızın əmək pensiyası almaq hüquqları yoxdur. Qeyd edim ki, son zamanlar bu məsələ ilə bağlı bizə çoxlu sayda müraciətlər olunur. Vətəndaş 2006-cı ilədək hətta 24 il işləyib, amma sonradan əmək müqaviləsi olmadığı üçün yığım edə bilməyib və indi pensiya yaşı çatsa da, pensiya ala bilmir. Yalnız 67 yaşı tamam olan zaman sosial müavinət alacaq. 

O isə minimum əmək pensiyası ilə müqayisədə kiçik məbləğdir. Bütün bu müraciətləri nəzərə alaraq biz “Pensiya Amnistiyası”nın verilməsini təklif edirik. Yəni əgər vətəndaşın 2006-cı ilədək müəyyən iş ştajı olubsa və hətta 2006-cı ildən sonra onun fərdi hesabında heç bir yığım olmayıbsa, onun pensiya yaşı çatan zaman minimum pensiya məbləği ilə təmin olunmasına ehtiyac var.

Bu yaş qrupunda olan insanların sosial təminata daha çox ehtiyacının olduğunu nəzərə aldıqda belə amnistiyanın verilməsi çox vacibdir”, - ekspert qeyd edib.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov