Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümü 28 May – Respublika günü münasibətilə “Himnimizi birgə oxuyaq!” adlı fləşmob keçiriləcək.
Bizimaz.az: Dənizkənarı Bulvar İdarəsi tərəfindən təşkil ediləcək layihə çərçivəsində vətəndaşların, gənclərin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Himni Bulvar ərazisində canlı ifa olunacaq.
Fləşmob mayın 28-i, saat 16:00-da Dənizkənarı Milli Parkda, Azneft Meydanı ərazisində təşkil olunacaq.