Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Dövlət Turizm Agentliyi ilə birlikdə istirahət zonalarında tədbirlər planı həyata keçirir.
Bizimaz.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AQTA sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, Agentlik və Qida Təhlükəsizliyi İnstitutunun ekspertləri istehlakçıların sağlam qida ilə təmin olunması üçün istirahət zonalarını nəzarətə götürüb.
AQTA sədri qeyd edib ki, Azərbaycan məhsullarının Avropa bazarlarına çıxması üçün mövcud olan standartlar beynəlxalq normalara uyğundur: "Hazırda Azərbaycanın bitkiçilik məhsulları Avropa bazarlarına geniş vüsət alıb. Bu sahədə Azərbaycanın verdiyi fitosanitar və sağlamlıq sertifikatları beynəlxalq qurumlar tərəfindən tanınır. Məhsullarımız Avropa İttifaqı ölkələrinə asanlıqla ixrac olunur".