Xəbər lenti



"Təkcə dövlət yardım verməklə qəzet saxlamaq olmaz. Qəzetlərin özlərinin də gəlirləri olmalıdır". 
 
Bizimaz.az: Bunu Azvision.az -a açıqlamasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.
O bildirib ki, müəyyən gəlirləri, yayımı olmayan qəzetlər avtomatik olaraq bağlanacaq: “Dövlət tərəfindən maliyyə ayrılan qəzetlərin sayı əvvəlki kimi qalır və az deyil. Bundan qabaq maliyyə yardımının ayrılması üçün hazırlanan tələblərdə qəzetlərin tirajı yüksək qoyulmuşdu. Lakin sonradan tiraj sayı aşağı salındı. Bir sıra qəzetlərin bağlanması yardımın alınmaması ilə bağlı deyil. Elə qəzetlər var ki, məsələn “Ekspress” qəzetinə maliyyə ayrılsa da, özü bağlanmaq qərarı verdi. Birinci rübdə onlara maliyyə ayrılmışdı. Lakin baxdılar ki, bizim verdiyimiz maliyyədən başqa gəlirləri yoxdur, bağlanmaq qərarı verdilər”. 
 
V.Səfərli qeyd edib ki, onlayn media barədə qanun olmadığı üçün saytlara hələlik dövlət dəstəyi göstərilmir. “Qanun çərçivəsində kriteriyalar müəyyənləşməlidir ki, bunun əsasında maliyyə ayrılsın”. 
 
KİVDF rəhbəri, həmçinin ölkədə çap mediasına marağın azalmasına münasibət bildirib. Diqqətə çatdırıb ki, inkişaf etmiş ölkələrdə qəzetlər təkcə yayımla deyil, reklam hesabına özlərini maliyyələşdirirlər. 
 
"Elə ölkələr var ki, qəzetləri pulsuz paylayırlar. Qəzet tirajı deyiləndə onun abunəsi nəzərdə tutulur. Tirajın çoxluğu ilə reklam cəlb edə bilirlər. Reklam sayəsində həm qəzetin çap xərcləri çıxır, həm də özlərinə gəlir qalır. Lakin Azərbaycanda reklam bazarı yox səviyyəsindədir. Ona görə də qəzetlər ümidini ancaq abunəyə, satışa və dövlətdən ayrılan vəsaitə bağlayıb. Vəsait qəzetlərdə tiraj tələbini yerinə yetirməyə, işçilərin əmək haqqısını verməyə güclə çatır. Bu isə qəzetlərin rəngli, daha maraqlı dizaynda çapına mane olur” 
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov