Mayın 11-i səhər saat 08.00-a olan məlumata əsasən redpublikanın əksər bölgələrində yağıntılı hava şəraiti davam edib, ayri-ayri rayonlarda leysan xarakterli olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, ən çox düşən yağıntının miqdarı Zaqatalada 58mm, Balakəndə 49 mm, Şəmkirdə 26 mm. Balakəndə 25 mm, Kişçayda 23 mm, Lerikde 11 mm təşkil edib.
Digər bölgələrdə 1.0-8.0 mm olub. Abşeron yarımafadında səhər saat 0.7 radələrində Zabratda, Binədə 0,4 mm, Maştağada 1,0mm, Bakıda 3.0 mm yağış qeydə alınıb. 11-də gündüz əksər rayonlarda yağıntılar kəsiləcək.