Real partiyasının bir neçə gün öncə saxlanılan üzvü Emin Babayev sərbəst buraxılıb.
Səbail rayon Məhkəməsi E.Babayevin 200 manat cərimələnməsi və sərbəst buraxılması barədə qərar çıxarıb.
Bu haqda ReAl partiyasının üzvləri social şəbəkələrdə paylaşım ediblər.
Emin Babayevlə bağlı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) protokol tərtib olunmuşdu.
E.Babayev görkəmli müğənni, məşhur xalq artisti Mirzə Babayevin nəvəsidir. (modern.az)