Xəbər lenti




Vüqar Bayramov: “Onun inşası valyuta axınına yol açacaq, ixrac imkanlarımızı artıracaq”
 
 Pekində keçirilən “Bir kəmər, bir yol” ikinci beynəlxalq konfransı çərçivəsində Azərbaycanla Çin arasında 821 milyon dollar dəyərində 10 investisiya sənədi imzalanıb ki, bu sənəddə Çin şirkətinin Sumqayıt Kimya Sənaye Parkında avtomobil şini istehsalı zavodunun yaradılmasında iştirakını nəzərdə tutur.

Moderator.az-a açıqlamasında Sumqayıtda belə bir zavodun inşasının təqdirəlayiq olduğunu vurğulayan İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov bunun həmölkəmizin iqtisadi gücünün artırılması, həm də qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib:

“Sumqayıtda şin zavodunun inşası Azərbaycan üçün bir neçə aspektdən əhəmiyyətlidir. Şin zavodunun inşası hər şeydən əvvəl daxili bazarda olan tələbin ödənilməsi baxımından vacibdir. Bu, daxili bazarda tələbatın ödənilməsinə əhəmiyyətli dərəcədə təsir göstərəcək. Şin zavodunun inşası idaxaldan asılılığın aradan qaldırılması baxımından da vacib bir addımdır.

Bu məhsulların idxal hesabına təmin edilməsi valyutanın ölkədən çıxması deməkdir. İdxaldan asılılığın ortadan qaldırılması valyutanın ölkəmizdə qalmasına imkan yaradacaq.

Digər tərəfdən bu, ölkəmizin ixrac imkanlarını genişləndirəcək. Şin zavodunun inşası, onun ixrac imkanlarının genişlənməsi Azərbaycana həm Yaxın Şərq ölkələri, həm də qonşu ölkələrə bu məhsulları ixrac etmək imkanı verəcək. Bu isə ölkəmizə valyuta axınına imkan yaradacaq.

Bu, həm də qeyri-neft sektorunun inkişafı baxımından da mühüm addımdır. Məlum yenilik qeyri-neft sektorunun gəlirlərinin artmasına təsir göstərəcək.

Şin zavodunun inşası iş yerlərinin yaranması baxımından da faydalıdır. Çünki hər bir qurulan zavod yeni iş yeri deməkdir. Bu tip zavodların inşası istiqamətində davamlı addımların atılmasına ehtiyac var”.

Məlumat üçün qeyd edək ki, qeyri-neft sktorunun inkişaf etdirilməsi ölkə başçısının mühüm tələb və tövsiyyələrindən biridir. Hazırda özünün 70 illiyinə hazırlaşan Sumqayıtda son üç ildə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar ölkə başçısının məlum tövsiyyələrinə ciddi diqqət yetirildiyini, yerli icra hakimiyyətinin bu sahədə mühüm uğurlara imza atdığını göstərir.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov