Xəbər lenti

 

Artıq neçə illərdir istər parlamentdə və Milli Məclisin (MM) Elm və təhsil komitəsində, istərsə də cəmiyyətdə, təhsil və elm camiəsində rektorların seçki yolu seçilməsi məsələsi yönündə fikirlər, ideyalar, təkliflər səslənməkdədir.

 

Əksəriyyət bir çox aparıcı ölkələrdə olduğu kimi, Azərbaycanda da ali təhsilin, elmin inkişafı baxımından seçki variantının daha çox səmərə və effekt verə biləcəyi qənaətindədir.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli qəbulu gözlənilən “Ali təhsil haqqında” qanun layihəsində rektorların seçki yolu ilə seçilməsinin əksini tapmasının mümkünlüyü məsələsinə münasibət bildirib.

O, Oxu.Az-a açıqlamasında Azərbaycanda mövcud təyinat formatının daha çox reallıqlara uyğun gəldiyini və məqsədəuyğun olduğunu bildirib.

Əlavə edib ki, bu məsələ adıçəkilən qanun layihəsinin predmeti kimi nəzərdən keçirilmir.

“Rektorluqla, rektorlarla bağlı iki variant, iki yanaşma var.

Bir çox ölkələrdə seçki yoluna üstünlük verirlər. Bəzən də bir adamın ən yaxşı halda ikinci dəfə seçilməsinə icazə verilir.

Elə olur ki, bir adam ikinci dəfə seçilə bilmir və başqası ilə əvəzlənir, seçkidə qalib gəlmiş şəxs rektor vəzifəsini icra edir.

Bu zaman bir pərakəndəlik yaranır, yeni rektor kollektivlə tanış olub başa çatacan, vaxt bitir, sonra başqası gəlir və beləliklə, bir boşluq yaranır.

Bu isə nəticədə həmin təhsil müəssisəsinin işinin, ali təhsilin keyfiyyətinə təsir edir.

Bəzi ölkələrdə, o cümlədən, bizdə və keçmiş sovet ölkələrində daha çox təyinat variantından istifadə edilir.

Hesab edirəm ki, təyinat variantı ali təhsilin inkişafı baxımından daha effektiv və səmərəlidir.

Eyni zamanda, bizdə rektorların 5 il ərzində təyinat yolu ilə fəaliyyəti qüvvədədir və bu, uğurlu varantdır”, - deyən İ. Həbibbəyli seçki məsələsinin istisna olunduğunu sözlərinə əlavə edib.

07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov