Bakının Qara Qarayev prospektində yerləşən məşhur "Sevinc" kinoteatrı sökülmək üçün hasara alınıb.
Bizimaz.az: Ərazidə yaşayan sakinlər bildirib ki, hasara alınan kinoteatr sökülərək yerində bir neçə mərtəbəli ticarət mərkəzi, zirzəməsində isə geniş parking tikiləcək.
Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov bildirib ki, adıçəkilən kinotetar Mədəniyyət Nazirliyinin balansında deyil. Həmin kinoteatr 2000-ci ilin əvvəllərində özəlləşdirilib.
Qeyd edək ki, 1970-ci illərdə istifadəyə verilən "Sevinc" (Təbriz) kinoteatrı uzun müddətdir fəaliyyət göstərmir.